İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti UEFA Millətlər Liqası 1/4 finalının Allmaniya yığması ilə ilk oyununu (1:2) şərh edib.
Arena.az “RAI Sport” telekanalına istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Bəzi səhvlər bizə həddindən artıq baha başa gəldi. Biz rəqibin boy baxımından üstünlüyündən xəbərdarıq, ona görə də mən əvəzetmədən meydana çıxmış Bellanovanın (Raul Bellanova, “Atalnta”nın 24 yaşlı sağ yarımmüdafiəçisi – redaktorun qeydi) köməyinə arxalanırdım, amma onlar ikinci mərtəbədə daha yaxşı idilər, nə edəsən… Bizə, Almaniya yığmasını təbrik etmək və növbəti dəfə güclü olacağımıza ümid etmək qalır. Biz səfər oyununda öz oyunumuzu oynayacağıq”, deyə Spalletti vurğulayıb.
Komandalar arasındakı cavab oyunu martın 23-də Dortmunda baş tutacaq.


