Nüfuzlu “Transfermarkt” internet-portalı aralıq yeniləmənin nəticələrinə əsasən ən bahalı heyətə malik Avropa klublarını açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Siti” yer alıb.
“Şəhərlilər”in heyətinin ümumi dəyəri 1,2 milyard avro məbləğindədir.
Avropanın ən bahalı heyətə malik klublarının ilk onluğunu təqdim edirik.
- “Mançester Siti” (İngiltərə) – 1,2 milyard avro;
- “Arsenal” (İngiltərə) – 1,12 milyard avro;
- “Real” (İspaniya) – 1,04 milyard avro;
- PSJ (Fransa) – 1,02 milyard avro;
- “Bayern” (Almaniya) – 929 milyon avro;
- “Çelsi” (İngiltərə) – 928 milyon avro;
- “Liverpul” (İngiltərə) – 921 milyon avro;
- “Barselona” (İspaniya) – 840 milyon avro;
- “Tottenhem” (İngiltərə) – 777 milyon avro;
- “Mançester Yunayted” (İngiltərə) – 734 milyon avro.
Vuğulayaq ki, siyahının ilk onluğunda heç bir İtaliya klubunun olmaması diqqət çəkir. Əb bahalı heyətə malik italyan klubu “İnter” 622 milyon avro məbləğində heyətlə müvafiq siyahının 13-cü pilləsində yer alıb.


