Vurğun Hüseynov daha 1 il “Kəpəz”də – Rəsmi

Yeni mövsümə hazırlığını davam etdirən “Kəpəz” daha bir futbolçusu – kapitan Vurğun Hüseynov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, təcrübəli müdafiəçi ilə klub arasında yeni 1 illik anlaşma imzalanıb.

Xatırladaq ki, Vurğun Hüseynov ötən mövsümün əvvəlində, 2023-cü ilin iyul ayında “Sumqayıt”dan azad agent kimi ayrılaraq “Kəpəz”ə keçmişdi. 36 yaşlı müdafiəçi 2023/2024 mövsümündə “Kəpəz”in heyətində cəmi 7 oyuna çıxıb.

Hüseynov daha öncə “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib. Vurğun Azərbaycan milli komandasında da 15 oyun keçirib, 1 qola imza atıb.

Vurğun Hüseynovdan öncə Yeqor Xvalko, Ehtiram Şahverdiyev və Əli Səmədov da “Kəpəz”lə yeni müqavilə bağlamışdı.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə komandanı tərk ediblər.

Əvəzində Gəncə klubu Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”) və Lassana Ndiaye (“Botev”, Bolqarıstan) ilə güclənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: