Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.
Arena.az xəbər verir ki, 1/8 finalda üz-üzə gələn “Sumqayıt” və MOİK komandalarının görüşündə əsas vaxt bərabərliklə yekunlaşıb – 1:1.
Əlavə vaxtda daha iki qol vuran meydan sahibləri yekunda 3:1 hesablı qələbəyə seviniblər.
Vaqif Cavadovun rəhbərlik etdiyi komanda növbəti mərhələdə “Sabah”la qarşılaşacaq.
Azərbaycan kuboku
1/8 final
4 dekabr
Sumqayıt – MOİK 3:1
Qollar: Sertan Taşkın, 30. Sənan Muradlı, 98. Rəhim Sadıxov, 118 – İbrahim Əliyev, 64.
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 23. Cordan Rezabala, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 56. Aftandil Arixov, 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 18. Kristian Velinovski.
Baş məşqçi: Vaqif Cavadov.
MOİK: 1. Zeynal Əhmədzadə, 77. Cavid Tağıyev, 25. Elşən Abdullayev, 22. Ülvi İbazadə, 97. Fərid Abbaslı, 8. Ramil Orucov, 15. Nihad Tamazov, 10. İbrahim Əliyev, 5. Nihad Qurbanlı (k), 23. Vüsal Əsgərov, 20. Nurlan Bayramov.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 7. Fərid Kərimzadə, 66. İlqar Nuruşov, 13. Elton Əlibəyli, 17. Xəqani Sadıxov, 53. Elnur İbrahimov, 9. Cavidan Abbaszadə, 11. Balamirzə Soltanov, 3. Mirəli Əhmədov, 6. Rüstəm Hümbətov, 31. Klinton Uqbene.
Baş məşqçi: Qəzənfər Abbasov.


