Butragenyo “Real” üçün püşkatmanın nəticəsini şərh etdi

“Real”ın direktoru Emilio Butragenyo 2025-ci il klublararası dünya çempionatının püşkatmasının Madrid klubu üçün nəticəsini şərh edib.

Arena.az xatırladır ki, püşk “Real”ı “B” qrupunda “Paçuka” (Meksika), “Əl-Hilal”, (Səudiyyə Ərəbistanı) və “Zalsburq”a rəqib edib.

“Biz bu yarışın başlamasına görə çox həyəcanlıyıq. Onu qazanmağa çalışmaq istəyindəyik. “Paçuka” Meksikanın böyük ənənələrə malik klubudur. Bu, asan oyun olmayacaq. Klublararası dünya çempionatının finalında “Əl-Hilal”la qarşılaşmışdıq. Onlar həqiqətən tərəqqi edən və keyfiyyətli oyunçularla öyünən klubdur. Onlar, şübhəsiz ki, təhlükəli olacaqlar, yanvarda isə biz Çempionlar Liqasında “Zalsburq”la da oynayacağıq”, – FIFA-nın rəsmi saytı Butragenyodan sitat gətirir.

Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Yeni tərtibat əsasında keçiriləcək klublararası dünya çempionatı 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ABŞ üçün, mundial ərəfəsində bir növ sınaq xüsusiyyəti daşıyacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: