Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 6-cı turun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.
İngiltərənin “Çelsi” klubu Qazaxıstanda “Astana” ilə qarşılaşacaq. “Fiorentina” (İtaliya) evdə Avstriyanın LASK klubu ilə üz-üzə gələcək. Türkiyə təmsilçisi “Başakşəhər” isə Almaniyanın “Haydenhaym” komandasını qəbul edib.
Bu gün Sumqayıtda da bir qarşılaşma baş tutacaq. Məlum səbəblərdən rəqiblərini ölkəmizdə qəbul edən Minsk “Dinamo”su (Belarus) Şimali İrlandiyanın “Larne” komandasını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda sınağa çəkəcək.
Qeyd edək ki, Avropa Konfrans Liqasında Liqa mərhələsinin 6-cı turuna dekabrın 20-də start veriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 5-ci tur
12 dekabr
17:00. “Vikinqur” (İslandiya) – “Yurqorden” (İsveç)
19:30. “Astana” (Qazaxıstan) – “Çelsi” (İngiltərə)
21:45. “Kopenhagen” (Danimarka) – “Harts” (Şotlandiya)
21:45. “Fiorentina” (İtaliya) – LASK (Avstriya)
21:45. “Başakşəhər” (Türkiyə) – “Haydenhaym” (Almaniya)
21:45. “Legiya” (Polşa) – “Luqano” (İsveçrə)
21:45. HJK (Finlandiya) – “Molde” (Norveç)
21:45. “Olimpiya” (Sloveniya) – “Serkl Brügge” (Belçika)
21:45. “Petrokub” (Moldova) – “Betis” (İspaniya)
21:45. “Dinamo” (Belarus) – “Larne” (Şimali İrlandiya)
21:45. “Noa” (Ermənistan) – APOEL (Kipr)
00:00. “Gent” (Belçika) – Baçka Topola (Serbiya)
00:00. “Omoniya” (Kipr) – “Rapid” (Avstriya)
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Borats” (Bosniya və Herseqovina)
00:00. TNS (Uels) – “Panatinaikos” (Yunanıstan)
00:00. “Mlada Boleslav” (Çexiya) – “Yagelloniya” (Polşa)
00:00. “Sankt Qallen” (İsveçrə) – “Vitoriya” (Portuqaliya)
00:00. “Pafos” (Kipr) – “Çelye” (Sloveniya)


