Birinci Divizionda 21-ci turun oyun cədvəli məlum oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci turun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları aprelin 12-13-də baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Turun üç görüşü Birinci Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.

Birinci Divizion
21-ci tur
12 aprel

“Turan Tovuz” – “Sumqayıt-2”
Tovuz şəhər stadionu, 15:00 (canlı/pfl.az)

“Qaradağ Lökbatan” – “Kəpəz”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30 (canlı/pfl.az)

“Sabah-2” – “Qarabağ-2”
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:30

“Neftçi-2” – “Keşlə-2”
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00

13 aprel

“Zaqatala” – MOİK
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00 (canlı/pfl.az)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: