Keçmiş SSRİ məkanının ən bahalı 11 futbolçusu

“Transfermarkt” internet-portalı keçmiş SSRİ məkanının ən bahalı futbolçularından ibarət rəmzi komandanın heyətini açıqlayıb.

Arena.az məlumat verir ki, 11 futbolçu arasında 6 futbolçu Ukraynanı, 2 futbolçu Rusiyanı, 2 futbolçu Gürcüstanı, 1 futbolçu isə Özbəkistanı təmsil edir.

Rəmzi komandanın ən bahalı oyunçusu “Napoli”nin gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyadır. “Kvara”nın transfer dəyəri 85 milyon avro məbləğindədir.

Müvafiq rəmzi komandanın heyətini təqdim edirik:

Qapıçı: Georgi Mamardaşvili (Gürcüstan, “Valensiya”, 40 milyon avro);

Müdafiəçilər: Vitali Mikolenko (Ukrayna, “Everton”, 28 milyon avro), İlya Zabarnı (Ukrayna, “Bornmut”, 38 milyon avro), Abdukodir Xusanov (Özbəkistan, “Lans”, 12 milyon avro);

Yarımmüdafiəçilər: Aleksandr Zinçenko (Ukrayna, “Arsenal”, 30 milyon avro), Arsen Zaxaryan (Rusiya, “Real Sosyedad”, 18 milyon avro), Aleksandr Qolovin (Rusiya, “Monako”, 30 milyon avro), Viktor Sıqankov (Ukrayna, “Jirona”, 22 milyon avro) ;

Hücumçular: Mixaylo Mudrik (Ukrayna, “Çelsi”, 30 milyon avro), Xviça Kvaratsxeliya (Gürcüstan, “Napoli”, 85 milyon avro), Artyom Dovbik (Ukrayna, “Roma”, 30 milyon avro).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: