Alexo Sarko “Bayer”də!

Argentinanın “Veles Sarsfild” klubunun gənc hücumçusu Alexo Sarko bundan sonra Almaniya çempionu “Bayer”in şərəfini qoruyacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi gənc forvardı azad agent kimi heyətinə cəlb edib. 18 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Alexo Sarko “Veles Sarsfild”in yetirməsidir. O, bu klubun əsas komandasında 9 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Sarko “Veles Sarsfild”in heyətində 2024-cü ildə Argentina çempionu olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı forvardın transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: