AFFA Abbasovu futboldan ömürlük “sildi” – danışılmış oyunlara görə

Bu gün AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Arena.az xəbər verir ki, iclasda, peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasovun futbola aid hər bir məşğuliyyətinə ömürlük qadağa qoyulub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla Abbasovun danışılmış oyunlarda iştirakı təsdiq edilib.

Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Yasin Abbaovun Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Xatırladaq ki, Yasin Abbasov “Simurq”, “Turan”, “Sumqayıt”, “Azal” və “Neftçala” klublarında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: