Azərbaycan hakimləri üçün Antalyada daha 3 oyun

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanvarın 10-da “Maqdeburq” – “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev söz sahibi olacaq. Həmin gün keçiriləcək “Novi Pazar” – “Qangvon” görüşündə Əkbər Əhmədov baş hakim olacaq. Yanvarın 11-də isə “Hermanştadt” – “Neftçi” (Fərqanə) qarşılaşmasında Kamran Əliyev ədaləti qoruyacaq.

10 yanvar

15:00. “Novi Pazar” (Serbiya) – “Qanqvon” U-23 (Cənubi Koreya)
Baş hakim: Əkbər Əhmədov.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov.

16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Rauf Allahverdiyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.

11 yanvar

16:00. “Hermanştadt” (Rumıniya) – “Neftçi” (Fərqanə, Özbəkistan)
Baş hakim: Kamran Əliyev.
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə.

Xatırladaq ki, Azərbaycan hakimləri Antalya toplanışı çərçivəsində daha öncə bir oyunu idarə ediblər. Yanvarın 8-də Rumıniyanın “Universitatya” (Kluj) və Cənubi Koreyanın “Qanqvon” klubları arasında təşkil olunmuş yoxlama oyununun baş hakimi Əli Əliyev olub.

Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: