UEFA Çempionlar Liqasında 2025-ci ilin ilk oyunları

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

İspaniyanın “Barselona” klubu səfərdə “Benfika”nın (Portuqaliya) qonağı olacaq. İngiltərənin “Liverpul” komandası evdə “Lill”i (Fransa) qəbul edəcək. İspaniyanın digər komandası “Atletiko” isə Madriddə Almaniya təmsilçisi “Bayer” ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turunun digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar

21:45. “Atalanta” (İtaliya) – “Şturm” (Avstriya)
21:45. “Monako” (Fransa) – “Aston Villa” (İngiltərə)
00:00. “Slovan” (Slovakiya) – “Ştutqart” (Almaniya)
00:00. “Brügge” (Belçika) – “Yuventus” (İtaliya)
00:00. “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)
00:00. “Liverpul” (İngiltərə) – “Lill” (Fransa)
00:00. “Bolonya” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Srvena Zvezda” (Serbiya) – PSV (Niderland)

Xəbəri sosial şəbəkələrdə paylaş: