19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, AÇ-2025-in B Liqasının 4-cü qrupunda yer alan Həbib Ağayevin yetirmələri Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunmuş görüşdə U-19 millimiz darmadağına üzülüb. İlk yarıda 2 qola sevinən böyük britaniyalılar fasilədən sonra daha 2 dəfə fərqləniblər.
Mərhələyə 0:4 hesablı məğlubiyyətlə başlayan komandamız 2-ci turda meydan sahibi Albaniya ilə üz-üzə gələcək. Bu matç fevralın 21-də keçiriləcək.
Qeyd edək ki, qrupun digər matçında Albaniya və Monteneqro üz-üzə gələcək.
AÇ-2025-in 2-ci seçmə mərhələsi
B Liqası, 4-cü qrup
18 fevral
Şimali İrlandiya – Azərbaycan 4:0
Qollar: Qreysi Konvey, 10, 51, Ebi Svitlav, 42, Niami Butroyd, 58
Baş hakim: Roksana Rekorean (Rumıniya).
“House of Football Natural Pitch” stadionu.
Şimali İrlandiya: 1. Elli Skott, 2. Orleqya Makkuinness, 3. Sofie Kenan, 4. Faye Luqran, 5. Abi Svitlove (k), 13. Darsi Makneyl, 7. Raşel Maklintire, 8. Niami Butroyd, 10. Ayme Kerr, 11. Sofi Qarqan, 18. Qrasie Konvey.
Ehtiyat oyunçular: 12. Keyt Smit, 6. Niami Odonnell, 14. Rianna Brin, 15. Klodek Maquayr, 16. Bernadette Ferreyra, 17. Sofie Bredli, 19. Anastasiya Stanite, 20. Ellen Hempton.
Baş məşqçi: Qail Redmond.
Azərbaycan: 1. Mehriban Şahməmmədova, 3. Aydan Həsənova, 4. Lalə Abbaszadə, 10. Röya Əliyeva (k), 11. Aydan Əkbərova, 7. Pərişan Abdullayeva, 8. Səma Həsənli, 9. Vahidə Əlipaşayeva, 15. Mədinə Curuqova, 16. Aysel Ziyadova, 18. Məsumə Nəzərli.
Ehtiyat oyunçular: 12. Güləsər İsmailova, 22. Günel Muradova, 5. Fatimə Əhmədova, 6. Aysu Murtuzayeva, 13. Mədinə Qadimaliyeva, 19. Ülviyyə İslamova, 20. Aysel Cumayeva.
Baş məşqçi: Həbib Ağayev.


