U-19 millimiz qrupdakı son matçında Monteneqroya uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının ikinci seçmə mərhələsində son matçına çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan milli komandamız Monteneqro yığması ilə üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunmuş qarşılaşma yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan yığmasının yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.

Xatırladaq ki, U-19 millimiz daha əvvəl keçirdiyi matçlarda həm Şimali İrlandiya, həm də Albaniya yığmasına 0:4 hesabı ilə məğlub olmuşdu.

AÇ-2025-in ikinci seçmə mərhələsi
B Liqası, 4-cü qrup
24 fevral

Azərbaycan – Monteneqro 1:2
Qollar: Aysel Ziyadova, 66 – Katarina Çadenoviç, 8. Yelena Nikçeviç, 68.
Baş hakim: Roksana Rekorean (Rumıniya).
“House of Football Natural Pitch” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: