Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turdan təxirə salınmış “Sabah-2” – “Neftçi-2” matçının başlama saatı məlum olub.
Arena.az xəbər verir ki, aprelin 20-də keçiriləcək qarşılaşmaya saat 15:30-da start veriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Qarşılaşma Binə qəsəbə stadionunda təşkil olunacaq və PFL-in rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
“Sabah-2” Birinci Divizionda 19 oyuna topladığı 35 xalla 4-cü, “Neftçi-2” isə 20 oyuna topladığı 46 xalla 2-ci pillədə qərarlaşıb.


