Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edcək.
Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Şotlandiyanın “Reyncers” komandasını sınağa çəkəcək. İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə “Real Sosyedad”ın (İspaniya), “Atletik” (İspaniya) isə İtaliyada “Roma”nın qonağı olacaq.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunları
6 mart
21:45. “Alkmar” (Niderland) – “Tottenhem” (İngiltərə)
21:45. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
21:45. “Styaua” (Rumıniya) – “Olimpik” (Lion, Fransa)
21:45. “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya)
00:00. “Viktoriya” (Plzen, Çexiya) – “Latsio” (İtaliya)
00:00. “Bodo Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Ayaks” (Niderland) – “Anderlext” (Belçika)
00:00. “Roma” (İtaliya) – “Atletik” (İspaniya)


