Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.
İtaliya təmsilçisi “Fiorentina” Yunanıstanda “Panatinaikos”la, İngiltərə nəhəngi “Çelsi” isə Danimarkada “Kopenhagen”lə üz-üzə gələcək. “Betis” İspaniyada Portuqaliyanın “Vitoriya” komandasını qəbul edəcək.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.
Konfrans Liqası
1/8 finalın ilk oyunları
6 mart
21:45. “Betis” (İspaniya) – “Vitoriya” (Portuqaliya)
21:45. “Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya)
21:45. “Molde” (Norveç) – “Legiya” (Polşa)
21:45. “Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)
00:00. “Yagelloniya” (Polşa) – “Serkl Brügge” (Belçika)
00:00. “Çelye” (Sloveniya) – “Luqano” (İsveçrə)
00:00. “Borats” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)
00:00. “Pafos” (Yunanıstan) – “Yurqorden” (İsveç)


