“Keşlə” darmadağınla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Keşlə”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək

Birinci Divizion
22-ci tur
16 aprel

Keşlə-2 – Sabah-2 3:0
Qol: Emin Quliyev, 23. Bahadur Həziyev, 77. Elnur Süleymanov, 88.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov.
Bakı. “ASK Arena”, 15:00.

17 aprel

Sumqayıt-2 – Neftçi-2
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Teymur Teymurov, Tural Qurbanov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.

Qaradağ Lökbatan – Turan Tovuz
Hakimlər: Kamranbəy Rəhimov, Ruslan Quliyev, Kərim Zeynalov, Namiq Bəkirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

18 aprel

Kəpəz – MOİK
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 15:30.

Qarabağ-2 – Zaqatala
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Elman Kərimov, Fərid Hacıyev.
Bakı. “ASCO Arena”, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: