İkinci Liqa: 19-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 19-cu tura aprelin 1-də start veriləcək. Qalan oyunlar isə bir gün sonra – ayın 2-də keçiriləcək. Bütün oyunlara eyni saatda (16:00) start veriləcəyi diqqətə çatdırılıb.

İkinci Liqa
19-cu tur
1 aprel

“Hypers Quba” – “Ağdaş”
Quba Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki Siti” – “Şahdağ Qusar”
Şəki şəhər stadionu.

“Lerik” – “Şəfa”
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Qusar”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

2 aprel

“Füzuli” – “Göygöl”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Araz Saatlı” – “Dinamo”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Şimal” – “Kür-Araz”
Siyəzən şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: