İkinci Liqa: “Şəfa”dan asan, Qusar klublarından çətin qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Qusar” – “Lerik” oyununda qusarlılar qələbə qazanıblar. “Şəfa” “Şəki Siti” ilə ev oyununda 6 cavabsız qola sevinib. “Şahdağ Qusar” da “Hypers Guba” ilə oyundan qalib ayrılıb.

20-ci turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
20-ci tur

8 aprel

“Qusar” – “Lerik” 3:2
Qollar: Mirmehdi Rzayev, 47. Məhəmməd Xəlilov, 84. Firudin Ağalarov, 90+2 – Penci Ağazadə, 15. Rəvan Quluzadə, 17.
Hakimlər: Nazim Abdullayev, Vüqar Bayramov, Sənan Atayev, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəfa” – “Şəki Siti” 6:0
Qollar: Amil Yunanov, 41; 51; 56; 80; 84. Elvin Nəsibov, 83.
Hakimlər: Alik Yunusov, Nurlan Əhmədzadə, Hüseyn Əsgərov, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 16:00.

“Şahdağ Qusar” – “Hypers Guba” 2:1
Qollar: Tural Qurbatov, 19. Vüsal Hüseynov, 90+5 – Cavid İmamverdiyev, 36.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Aydın Baxşıyev, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xuduyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

9 aprel

“Şimal” – “Füzuli”
Hakimlər: Kamranbəy Rəhimov, Rasim Axundov, Ruslan Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Siyəzən şəhər stadionu, 16:00.

“Kür-Araz” – “Araz Saatlı”
Hakimlər: İslam Məmmədov, Mirnihat Seyidov, Safalı Ağayev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Dinamo” – “Şəmkir”
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Asif Abdullayev, Kamil Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 16:00.

“Ağdaş” – “Göygöl”
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Rizvan Süleymanov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağdaş şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: