AFFA “Sabah”ı 3100 manat cərimələdi, Ramil Hüseynovu…

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kuboku və İkinci Liqa ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda sözügedən turnirlərin son oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib:

Azərbaycan Kuboku, yarımfinal cavab oyunları

“Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununda “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən klub 800 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyunu bitdikdən sonra “Sabah”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt klubu 1500 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən klub 800 manat cərimə edilib.

İkinci Liqa, 22-ci tur

“Dinamo” – “Şəki Siti” oyununun 90+3-cü dəqiqəsində “Dinamo”nun futbolçusu Əlibala Ağayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Dinamo” buna görə 100 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Ağdaş” oyununun matçöncəsi iclasında “Ağdaş”ın nümayəndəsi iştirak etmədiyinə görə sözügedən klub 80 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın cəzalı baş məşqçisi Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.

“Şimal” – “Şəmkir” oyununda “Şəmkir”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in futbolçusu Elşad Mirzəyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Şəmkir” buna görə 80 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in üzvləri tərəfindən paltardəyişmə otağının qapısı sındırıldığı üçün stadiona dəymiş zərər “Şəmkir” klubu tərəfindən ödəniləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: