Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Göygöl” doğma meydanda “Qusar”a minimal hesabla uduzub. Yedd qolun qeydə alındığı “Hypers Quba” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. Altı qolluq “Lerik” – “Şimal” görüşündə qonaqlar inamlı qələbəyə seviniblər. “Şəmkir” də evdə “Araz Saatlı” ilə oyundan inamlı qələbə ilə ayrılıb.
İkinci Liqa
23-cü tur
28 aprel
“Füzuli” – “Şahdağ Qusar” 0:2
Qollar: Rubin Seyidov, 45. Xəqani Sadıxov, 54.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“Ağdaş” – “Şəfa” 1:2
Qollar: Elçin Süleymanov, 38 – Ruslan Hacıyev, 40. Amil Yunanov, 84.
Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Ağdaş şəhər stadionu. 17:00.
29 aprel
“Şəki Siti” – “Kür-Araz” 8:4
Qollar: Tural Məmmədzadə, 22; 23; 31; 45+1. Əli Tağızadə, 73; 79; 86. Revaz Otaraşvili, 90+2 – Nihad Məmmədov, 29. İlkin Hüseynli, 33. Ağasən Əsgərov, 40. Museyib Vəlizadə, 49.
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəki şəhər stadionu. 17:00.
30 aprel
“Göygöl” – “Qusar” 0:1
Qol: Firudin Ağalarov, 67.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“Hypers Quba” – “Dinamo” 4:3
Qollar: İbrahim İbrahimli, 30. Əli Məmmədli, 41-öz qapısına. Ruslan Qurbanov, 53. Cavid İmamverdiyev, 90 – Əli Məmmədli, 43. Şahin Əliyev, 74. Sadiq Hüseynli, 90+3.
Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“Lerik” – “Şimal” 2:4
Qollar: Zaur Nuruzadə, 38-pen. Rəvan Quluzadə, 56 – Elmar Yəhyabəyov, 1. Pirverdi Seyidov, 29; 90+4. Tural Cəlilov, 70.
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Hüseyn Əsgərov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“Şəmkir” – “Araz Saatlı” 2:0
Qollar: Akif Tağıyev, 20. Vidadi Cəfərov, 81.
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu. 17:00.



