İkinci Liqa: Lider 3, izləyicisi 7 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 25-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün matçları eyni günə təsadüf edib.

Lider “Şahdağ Qusar” bu turda “Qusar”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Liderin əsas izləyicisi “Şəfa” da səfərdə “Füzuli”ni 7 cavabsız qolla məğlub edib.

“Göygöl” bu turda “Kür-Araz”a, “Hypers Quba” “Şimal”a, “Şəki Siti” “Araz Saatlı”ya qalib gəlib. “Ağdaş” “Dinamo” ilə ev oyunundan məğlub ayrılıbsa, “Lerik” də “Şəmkir”ə böyük hesabla uduzub.

İkinci Liqa
25-ci tur
13 may

“Füzuli” – “Şəfa” 0:7
Qollar: Amil Yunanov, 17; 38; 44; 50. Aqşin Paşayev, 37. Rauf Məhərrəmov, 60. Cavad Bağırov, 79.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”.

“Şahdağ Qusar” – “Qusar” 3:1
Qollar: Samir Qurbanov, 22. Xəqani Sadıxov, 74. Kənan Mirzəliyev, 90+4 – Orxan Əlixanov, 12.
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança).

“Ağdaş” – “Dinamo” 0:2
Qollar: Həsənəli Rəhimov, 6. Əlisa İsayev, 58-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu.

“Göygöl” – “Kür-Araz” 4:1
Qollar: Kərəm Əhmədli, 13. Zahid Sadıxov, 19. Cavanşir Cavanşirov, 83. Elcan Rəhimov, 90+2 – Elxan Məmmədov, 1.
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

“Hypers Quba” – “Şimal” 2:1
Qollar: Cavid İmamverdiyev, 27-pen; 50 – Şahlar Sədiyev, 45.
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki Siti” – “Araz Saatlı” 1:0
Qol: Əli Tağızadə, 48.
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəki şəhər stadionu.

“Lerik” – “Şəmkir” 1:4
Qollar: Zaur Nuruzadə, 52 – Vidadi Cəfərov, 21-pen; 31; 35. Ramiz Bağırov, 68-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: