Birinci Liqaya vəsiqə uğrunda “Difai” və “Hypers Quba” komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov ömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimi Rauf Cabbarov, AVAR isə Namiq Hüseynov olacaq.
Qeyd edək ki, bu görüş mayın 28-də “Bayıl Arena”da keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.
“Difai” – “Hypers Quba”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Cabbarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 16:00.


