İkinci Liqa: Pley-offun nominal meydan sahibi bəlli oldu

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026 mövsümünə vəsiqə uğrunda pley-off matçının nominal meydan sahibi müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir.

Bununla əlaqədar bu gün püşkatma mərasimi keçirilib. Tədbirdə PFL-lə yanaşı, “Lerik” və “Şirvan” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik” klubun nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan” klubun meneceri Miremin Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olub.

Qeyd edək ki, İkinci Liqa uğrunda pley-off qarşılaşması mayın 29-da “Bayıl Arena”da, saat 16:00-da start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: