“Lerik” – “Şirvan” matçı Əliyar Ağayevə tapşırıldı

Azərbaycan İkinci Liqasına vəsiqə uğrunda “Lerik” və “Şirvan” komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir.

Bu oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, AVAR isə Əli Əliyev olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma mayın 29-da “Bayıl Arena”da keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

İkinci Liqaya vəsiqə uğrunda pley-off görüşü
29 may

“Lerik” – “Şirvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: