Alfons Mabula Msanqa daha bir il “Şamaxı”da!

Tanzaniyalı sağ cinah müdafiəçisi Alfons Mabula Msanqa Azərbaycanın “Şamaxı” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 21 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, 2025/2026-cı illər mövsümünün sonunadək bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olan Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan “Şamaxı”ya keçənə kimi işsiz olub. Azərbaycana klubu müdafiəçini 2025-ci ilin yanvarında azad agent kimi heyətinə qatıb.

Yarımmüdafiəçi Tanzaniyanın U-17 yığmasında oynasa da, sonradan millilərə cəlb olunmayıb.

Xatırladaq ki, “Şamaxı” daha öncə Leroy Mikels və Brahim Konate ilə yollarını ayırdığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: