“Barselona”nın alman baş məşqçisi Hansi Flik “blauqra”nın sükanı arxasındakı ilk ilində İspaniyada mövsümün məşqçisi seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.
Alman mütəxəssis mükafata digər namizədlər – Ernesto Valverde (“Atletik”, Bilbao), Miçel Sançes (“Jirona”), Dieqo Simeone (“Atletiko”, Madrid), Xose Bordalas (“Xetafe”), Manuel Pelleqrini (“Betis”) və Monolo Qonsalesi (“Espanyol”) qabaqlayıb.
Hansi Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun qarşısında bir məqsəd qoyulub – “Barsa”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Çalışdırdığı müddətdə Hansi Flik “blauqrana”nı 60 oyuna çıxarıb, 44 qələbə, 7 heç-heç, 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 174:72 nisbətindədir.
Kataloniya təmsilçisi cari mövsümdə alman mütəxəssisin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barsa” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).



