Bu gün keçirilmiş iki oyunla futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə birinci təsnifat mərhələsi çərçivəsində iki qarşılaşma baş tutub.
Görüşlər Cəbəllütariq və Maltada keçirilib. Məhsuldar keçmiş “Sent Jozefs” – “Kliftonvill” matçında qalib müəyyənləşməyib. “Floriana” isə “Haverfordvest”lə görüşdə əzmkar qələbə qazanıb.
Qeyd edək ki, Avropa Konfrans Liqasında birinci təsnifat mərhələsinin qalan ilk görüşləri iyulun 10-da baş tutacaq. Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaqlar.
Avropa Konfrans Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
8 iyul
“Sent Jozefs” (Cəbəllütariq) – “Kliftonvill” (İrlandiya) 2:2
“Floriana” (Malta) – “Haverfordvest” (Uels) 2:1


