Rusiyanın “Rubin” klubunun özbək mərkəz müdafiəçisi Rüstəm Aşurmatov bundan sonra “İstiqlal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “İstiqlal”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İran futbolunun nəhəngilərindən olan “İstiqlal” Aşurmatovun Kazan “Rubin”indən keçidi müqabilində Rusiya təmsilçisinin xəzinəsinə 500 min avro məbləğində ödəniş edib.
Aşurmatov “İstiqlal”la 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Rüstəm Aşurmatov Daşkənd “Bunyodkor”unun məzunudur. Müdafiəçi, karyerası ərzində Cənubi Koreya Respublikasının “Kvancu” və “Kanvon”, həmçinin Nəməngan “Navbahor”u və Kazan “Rubin”inin heyətində oynayıb.
2024/2025-ci illər mövsümündə Aşurmatov “Rubin” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 21 oyun keçirib.
Aşurmatov 2017-ci ilin yanvar ayında debüt etdiyi Özbəkistan yığmasının heyətində 43 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 29 yaşlı özbək mərkəz müdafiəçisinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


