2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə apparacaq “Karvan” daha 5 futbolçusu ilə yollarını ayırıb.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulov Yevlax təmsilçisini tərk ediblər. Bu futbolçularla müddəti başa çatmış müqavilələr yenilənməyib. Əyalət təmsilçisi onların hər birinə xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Karvan” daha öncə Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Yevlax klubu Eltun Turabov və Süleyman Əhmədovu heyətinə qatıb.


