Bu gün Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün daha 22 qarşılaşma baş tutub.
Günün ən məhsuldar qarşılaşması Gürcüstanda qeydə alınıb. “Torpedo” – “Ordabası” matçı meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkənin daha bir təmsilçisi “Dila” da Lüksemburqda “Rasinq”ə qalib gəlib.
Gürcülərdən fərqli olaraq, Ermənistanın hər iki təmsilçisi mərhələnin ilk oyunlarını məğlubiyyətlə başa vurub.
Xatırladaq ki, Konfrans Liqasında ilk mərhələnin ilk iki görüşü iyulun 8-də keçirilmişdi. Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
10 iyul
Atletik Eskaldes (Andorra) – Düdelanj (Lüksemburq) 2:0
Maqpies (Cəbəllütariq) – Payde (Estoniya) 2:3
Jalgiris (Kaunas, Litva) – Penibont (Uels) 3:0
SJK (Finlandiya) – Klaksvik (Farer adaları) 1:2
Torpedo (Gürcüstan) – Ordabası (Qazaxıstan) 4:3
Rasinq (Lüksemburq) – Dila (Gürcüstan) 1:2
Urartu (Ermənistan) – Neman (Belarus) 1:2
Nomme Kalyu (Estoniya) – Partizani (Albaniya) 1:1
Birkirkara (Malta) – Petroklub (Moldova) 1:0
Deçiç (Monteneqro) – Sileks (Şimali Makedoniya) 2:0
Vlazniya (Albaniya) – Dauqavpils (Latviya) 0:1
Torpedo (Belarus) – Rabotniçki (Şimali Makedoniya) 3:0
Malişeva (Kosovo) – Vikinqur (İslandiya) 0:1
Sutyeska (Monteneqro) – Dinamo (Brest, Belarus) 1:2
Vardar (Şimali Makedoniya) – La Fiorita (San Marino) 3:0
Jelezniçar (Bosniya və Herseqovina) – Koper (Sloveniya) 1:1
Runavik (Farer adaları) – HJK (Finlandiya) 4:0
Sent Patriks (İrlandiya) – Hegelman (Litva) 1:0
Boraç (Bosniya və Herseqovina) – Santa Koloma (Andorra) 1:4
Tre Fyori (San Marino) – Pünik (Ermənistan) 1:0
Larne (Şimali İrlandiya) – Auda (Latviya) 0:0
Valyur (İslandiya) – Flora (Estoniya) 3:0


