“Komo” “Milan”ın yeniyetmə hücumçusunu heyətinə qatdı

16 yaşlı yeniyetmə italyan hücumçu Samuele Pizati sərbəst keçid əsasında “Milan”dan “Komo”nun düşərgəsinə keçib.

Arena.az bu barədə “Komo”nun rəsmi saytına istinadən məlumat verir.

Yeniyetmə futbolçu ilə peşəkar müqavilənin müddəti açıqlanmır. Klubda hesab edirlər ki, yeniyetmə hücumçu komandanın 38 yaşlı ispan baş məşqçisi Sesk Fabreqasın rəhbərliyi altında istedadını daha da aça bilər.

Samuele Pizati “Milan”ın məzunudur. Yeniyetmə futbolçu futbolda ikinci mövsümünü keçirir və yalnız “rossoneri”nin U-17 komandasında çıxış edib, böyük futbol səhnəsində isə hələ debüt etməyib.

Ümumilikdə Pizati “Milan”ın U-17 komandası üçün 18 oyuna 10 qol və 7 məhsular ötürmə ilə fərqlənib.

Pizati İtaliyanın U-15 və U-16 yığmalarına cəlb edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: