Ötən mövsüm “Karvan”ı baş məşqçi kimi çalışdırmış Kənan Kərimov Yevlax klubunda yeni təyinat alıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, son 3 ildə klubda baş məşqçi vəzifəsini yerinə yetirmiş Kərimov yeni mövsümdən “Karvan”nın vitse-prezident vəzifəsini icra edəcək.
Xatırladaq ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan”a Azər Həşimov baş məşqçi təyin edilib.


