Premyer Liqa: Bu gün 2025/26 mövsümünün püşkü atılır

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, yeni mövsümün püşkatma mərasimi “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”nda baş tutacaq.

Tədbirə saat 15:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının yeni mövsümünə avqustun 15-də start verilməsi nəzərdə tutulub. Qarşıdakı mövsümdə çempionat 12 komandanın iştirakı ilə keçiriləcək:

“Qarabağ”
“Zirə”
“Araz-Naxçıvan”
“Turan Tovuz”
“Sabah”
“Neftçi”
“Şamaxı”
“Sumqayıt”
“Kəpəz”
“Qəbələ”
“Karvan”
“İmişli”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: