Azərbaycanlı FIFA referisi Kamal Umudlu futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Belə ki, Umudlu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Gürcüstanın “İberiya” (Tiflis) komandası ilə Estoniya təmsilçisi “Levadiya” arasında baş tutacaq cavab oyununu idarə edəcək. Ona bu oyunda yan xətt hakimləri Namik Huseynov və Vusal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Qarşılaşma iyulun 29-da Tiflis şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


