Yusif Nəbiyev “Səbail”də qaldı – Rəsmi

2025/2026 mövsümündə Birinci Liqada mübarizə aparacaq “Səbail” sol cinah müdafiəçisi Yusif Nəbiyev ilə müqaviləsinin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanın kapitanı olan 27 yaşlı futbolçu ilə 1+2 illik anlaşma əldə olunub.

Xatırladaq ki, müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir. Nəbiyev ötən mövsüm bu komandanın heyətində Azərbaycan Premyer Liqasında 30, Azərbaycan Kubokunda 2 oyuna çıxıb. Müdafiəçinin “Səbail” karyerası bütövlükdə 69 oyun, 5 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Nəbiyev daha öncə “Kəpəz” (37 oyun, 2 qol, 2 assist), “Sumqayıt” (59 oyun, 4 qol, 4 assist), “Qəbələ” (36 oyun, 2 qol, 2 assist) və “Zirə”də (8 oyun) forma geyinib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb, əsas millimizdə 1 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: