“Əl-Əhli” Enzo Miyo ilə gücləndi

“Əl-Əhli” 23 yaşlı fransalı hücumameyilli yarımmüdafiəçi Enzo Miyonu “Ştutqart”dan tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Əl-Əhli”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflərin müqavilə müddəti haqda məlumat hələ açıqlanmayıb.

Keçid Səudiyyə Ərəbistanı klubuna 28 milyon avro məbləğ müqabilində başa gəlib.

Enzo Miyo “Monako”nun məzunudur. Futbolçu həmçinin “Ştutqart”da çıxış edib.

Geridə qalmış mövsümdə Miyo “Ştutqart” üçün 43 oyuna 12 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Enzo Miyo Fransanın U-16, U-17, U-19, U-21, U-23 komandalarına, həmçinin Olimpiya komandasına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.

“Transfermartk” internet-portalı 23 yaşlı fransalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: