Konfrans Liqasında pley-offun bütün cütləri bəlli oldu

Futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Başakşəhər” “Universitatya” (Krayova, Rumıniya) ilə, “Beşiktaş” isə “Lozanna Sport”la (İsveçrə) mübarizə aparacaq.

“Qara qartallar” ilk oyunu səfərdə keçirəcəklər. İstanbulun digər təmsilçisi isə öncə evdə, sonra səfərdə oynayacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də baş tutacaq.

Çempionlar yolu

Hamrun (Malta) – RFS (Latviya)
Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya)
Breydablik (İslandiya) – Virtus (San Marino)
Drita (Kosovo) – Differdanj (Lüksemburq)
Olimpiya (Lyublyana, Sloveniya) – Noa (Ermənistan)

Əsas yol

Strasburq (Fransa) – Bröndbü (Danimarka)
Yagelloniya (Polşa) – Dinamo (Tirana, Albaniya)
Şaxtyor (Donetsk, Ukrayna) – Servett (İsveçrə)
Anderlext (Belçika) – AEK (Afina, Yunanıstan)
Başakşəhər (Türkiyə) – Universitatya (Krayova, Rumıniya)
Kristal Pelas (İngiltərə) – Fredrikstad (Norveç)
Çelye (Sloveniya) – Banik (Çexiya)
Rakov (Polşa) – Arda (Bolqarıstan)
Hibernian (Şotlandiya) – Legiya (Varşava, Polşa)
Levski (Sofiya, Bolqarıstan) – Alkmar (Niderland)
Polesye (Ukrayna) – Fiorentina (İtaliya)
Dyor (Macarıstan) – Rapid (Vyana, Avstriya)
Neman (Belarus) – Rayo Valyekano (İspaniya)
Lozanna Sport (İsveçrə) – Beşiktaş (Türkiyə)
Santa Klara (Portuqaliya) – Şemrok Rovers (İrlandiya)
Rusenborq (Norveç) – Maynts (Almaniya)
Sparta (Praqa, Çexiya) – Riqa (Latviya)
Hakken (İsveç) – ÇFR (Rumıniya)
Volfsberger (Avstriya) – Omoniya (Kipr)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: