Cəlal Hüseynov Sofiya “Slaviya”sına qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası 2025/2026-cı illər mövsümünün 6-cı turunda Sofiya “Slaviya”sı ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyunda “Arda” məğlubiyyətə üzülüb – 0:2.

Hüseynov bu görüşdə də 90 dəqiqə meydanda olub. O, əvvəlki turlarda da 90 dəqiqə oynamışdı.

“Arda” 6 turdan sonra 5 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Cəlalın komandasının ehtiyatda təxirə salınmış oyunu da var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 58 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: