Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, komandalar əsas mərhələdə hərəyə altı oyun keçirəcəklər.
Rəqiblər səbətlər üzrə göstərilib. Həmçinin hansı oyunların evdə, hansının isə səfərdə keçiriləcəyi də qeyd olunub.
Xatırladaq ki, Avropa Konfrans Liqasında hazırkı qalib Londonun “Çelsi” klubudur.
Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən etibarən avrokuboklar yeni formatda keçirilir. Əvvəllər komandalar dörd iştirakçılı qruplara bölünürdü, indi isə bütün komandaların yer aldığı vahid turnir cədvəli sistemi tətbiq olunur.






