15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, 90 dəqiqənin tamamında hesab açılmayıb – 0:0.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də Binə stadionunda keçiriləcək.


