Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan oyununun təyinatları açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Fransanın paytaxtı Paris şəhərindəki “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
Xatırladaq ki, sözügedən qarşılaşma oktyabrın 10-da keçiriləcək.
DÇ-2026-nın seçmə mərhələsi
10 oktyabr
Fransa – Azərbaycan
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen.
Dördüncü hakim: Daniel Higraff.
VAR: Tom Harald Hagen.
AVAR: Siqurd Krinqstad.
Paris. “Park de Prens” stadionu. Saat 22:45.


