Azərbaycan millisi Fransaya yollandı – Foto

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunun keçiriləcəyi Paris şəhərinə yollanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq. Eyni gündə milli komandamızın baş məşqçisi Ayxan Abbasovun da mətbuat konfransı təşkil olunacaq. Tədbirə milli üzvlərindən də birinin qatılması gözlənilir.

Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: