İkinci Liqa: “Xankəndi” ilk məğlubiyyətini aldı, lider dəyişdi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Quba” – “Göygöl” oyununda meydan sahibləri qələbə qazanıblar.

“Şəki” doğma meydanda “Şəmkir”ə, “Qaradağ Lökbatan” isə “Xankəndi”yə qalib gəlib. Lökbatan təmsilçisi bu qələbə sayəsində liderliyə yüksəlib.

İkinci Liqa
5-ci tur

13 oktyabr

“Ağstafa Gəncləri” – “Ağdaş” 0:0
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Rəşad Quliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağstafa şəhər stadionu, 14:00.

“Şirvan” – “Araz Saatlı” 4:0
Qollar: Cavid Nəcizadə, 66. Nurlan İsayev, 67. Elgün Xəlilov, 80. Elariz Xəlilli, 88.
Hakimlər: Alik Yunusov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Dinamo” – “Kür-Araz” 3:1
Qollar: Valeh Seyidov, 35. Əkbər Səfərzadə, 51. Fizuli Dəmirov, 90 – Asim Quliyev, 90.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:30.

14 oktyabr

“Quba” – “Göygöl” 2:1
Qollar: Vidadi Cəfərov, 73. Cavid Qasımov, 76 – Sərcan Omarov, 87.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Rizvan Süleymanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəki” – “Şəmkir” 1:0
Qol: Cavid İmamverdiyev, 72.
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ruslan Məmmədov, Rasim Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Rekord Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Xankəndi” 2:0
Qollar: Rövşən Şahmuradov, 68; Şahin Zəkiyev, 80-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Kamran Bayramov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: