Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 5-ci turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Ağdaş” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Quba” – “Göygöl” oyununda “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Şəki” – “Şəmkir” oyununun 82-ci dəqiqəsində “Şəki”nin futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Şəki komandası buna görə 50 manat cərimə edilib. Bu oyunda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında “Şəmkir” komandasının nümayəndəsi iştirak etmədiyinə görə sözügedən klub daha 150 manat cərimələnib.


