PSJ-nin hücumçusu Asiyada ilin futbolçusu seçildi

Cənubi Koreya milli komandasının və Fransa çempionu PSJ-nin cinah hücumçusu Li Kan İn Asiyada 2025-ci ilin futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

PSJ-nin futbolçusu Asiyada ilin ən yaxşı beynəlxalq oyunçusu elan edilib.

Cənubi Koreya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. O, Paris klubu ilə UEFA Çempionlar Liqasının, Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.

Xatırladaq ki, Li Kan İn “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Park Ci Sundan sonra UEFA Çempionlar Liqasını qazanmış ikinci koreyalı oyunçu kimi tarixə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: