Xorxe Kaskilya: “Qəbələ” də xal qazanmağa layiq idi”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin Qubadakı görüşündə qalib müəyyənləşməyib – 2:2.

Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. “Qəbələ” çox güclü və möhkəm komandadır. Onlar daha çox xal qazanmağa layiqdirlər. Meydanda bərabər oyun gedirdi. Birinci hissənin sonunda və ikinci yarının əvvəlində qol buraxmaq bizi çətin vəziyyətə saldı. Amma taktiki dəyişikliklərdən sonra komanda özündə güc tapdı. Futbolçularımız xarakter göstərdilər. Komandamdan razıyam. 0:2 hesabından sonra 1 xal qazanmaq yaxşı nəticədir”.

Xorxe Kaskilya “İmişli”nin son oyunlarda çox qol buraxmasına da toxunub:

“Müdafiə xəttində problem yoxdur. Sadəcə, rəqiblərimiz də çox güclü olur. Qollar vurmaq və buraxmaq futbolun bir hissəsidir. “Qəbələ”nin də sürətli hücumçuları var. Əlbəttə, qol buraxmaq istəmirik. Amma rəqibləri də nəzər almaq lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: