Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutacaq.
Türkiyə təmsilçisi “Samsunspor” doğma meydanda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini qəbul edəcək. “Fiorentina” (İtaliya) isə səfərdə Avstriya “Rapid”i ilə üz-üzə gələcək.
Konfrans Liqasında 3-cü turun oyunları noyabrın 6-da keçiriləcək.
Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
23 oktyabr
20:45. Alkmar (Niderland) – Slovan (Slovakiya)
20:45. Şaxtyor (Donetsk, Ukrayna) – Legiya (Polşa)
20:45. Rapid (Avstriya) – Fiorentina (İtaliya)
20:45. Strasburq (Fransa) – Yagelloniya (Polşa)
20:45. Riyeka (Xorvatiya) – Sparta (Çexiya)
20:45. AEK (Yunanıstan) – Aberdin (Şotlandiya)
20:45. Drita (Kosovo) – Omoniya (Kipr)
20:45. Breydablik (İslandiya) – KuPS (Finlandiya)
20:45. Şkendiya (Şimali Makedoniya) – Şelburn (İrlandiya)
20:45. Hakken (İsveç) – Rayo Valyekano (İspaniya)
23:00. Kristal Pelas (İngiltərə) – AEK (Larnaka, Kipr)
23:00. Şemrok Rovers (İrlandiya) – Çelye (Sloveniya)
23:00. Maynts (Almaniya) – Zrinski (Bosniya və Herseqovina)
23:00. Linkoln (Cəbəllütariq) – Lex (Polşa)
23:00. Siqma (Çexiya) – Rakuv (Polşa)
23:00. Samsunspor (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna)
23:00. Universitatya (Kluj, Rumıniya) – Noa (Ermənistan)
23:00. Hamrun (Malta) – Lozanna (İsveçrə)


