Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
12-ci turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 7-də, 8-də və 9-da keçiriləcək.
Qeyd edək ki, mövsümün geridə qalmış 8 turundan sonra 21 xal toplamış “Xankəndi” zirvədə, eyni xala malik “Qaradağ Lökbatan ikinci pillədə qərarlaşıb. “Quba” isə 17 xalla üçüncüdür.
İkinci Liqa
12-ci tur
7 dekabr
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan”
Ağstafa şəhər stadionu, 14:30.
8 dekabr
“Şəki” – “Araz Saatlı”
“Rekord Arena”, 14:00.
“Quba” – “Xankəndi”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
9 dekabr
“Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu, 14:00.
“Şirvan” – “Ağdaş”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Göygöl”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.


